Xaricdə yaşayan ukraynalı kişilər hərbiyə çağırılacaq
Ukraynanın müdafiə naziri Rustem Umerov xaricdəki ukraynalı kişilərin gələn il orduya çağırılacağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Alman Axel Springer qrupuna aid qəzetlərə verdiyi açıqlamada Umerov, Ukraynadan kənarda yaşayan 25-60 yaş arası ukraynalı kişilərə işə qəbul üçün çağırış göndəriləcəyini bildirib.
Hər kəsə qarşı ədalətli olmaq istədiklərini bildirən Umerov deyib: "Dəvət göndərəcəyik. Onların da gəlib orduda xidmət etmək hüququ var".
Seymur Bənnayev
Sitat.info