Seçki zamanı bunu edənlər məsuliyyətə cəlb olunacaq

Seçki zamanı bunu edənlər məsuliyyətə cəlb olunacaq
Gündəm 20 Dekabr 2023 13:32

Seçki komissiyalarının işinə müdaxilə edənlər cinayət və inzibati məsuliyyətə cəlb olunacaqlar.

Sitat.info xəbər verir ki. bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Onun sözlərinə görə, bu prosesdə iştirak edən şəxslərin hüquqlarının qorunması qanunla da müəyyən edilib:

“Vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı qaydalar da müəyyən edilib”.