Çində zəlzələ: ölənlərin sayı artdı

Çində zəlzələ: ölənlərin sayı artdı
Dünya 20 Dekabr 2023 09:20

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.

Qeyd edək ki, Çinin Qansu əyalətində 6,1 bal gücündə zəlzələ baş verib.