İranda hərbi təyyarə qəzaya uğradı

İranda hərbi təyyarə qəzaya uğradı
Dünya 16 Dekabr 2023 14:40

İranın Fars əyalətinin Kazerun rayonunda hərbi təyyarə qəzaya uğrayıb.

Sitat.info xəbər verir ki, bu bardə Fars əyaləti hava limanının baş direktoru Fəxrəddin Keşavərz bildirib.

Onun sözlərinə görə, texniki nasazlığı olan təyyarə Şiraz şəhərinin Kazerun gölü yaxınlığında qəzaya uğrayıb. Hadisə təlim uçuşu zamanı baş verib. İtki olmayıb.