İsrailin ifrat sağçı naziri Qəzzanın "tam işğalına" çağırıb

İsrailin ifrat sağçı naziri Qəzzanın \"tam işğalına\" çağırıb
Gündəm 15 Dekabr 2023 23:37

İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahu ölkəsindən Qəzzanı tamamilə işğal etməyi və orada qeyri-qanuni yəhudi məskənləri salmağı tələb edib.

Sitat.info xəbər verir ki, Fələstinə düşmənçiliyi və ifrat sağçı baxışları ilə seçilən Otzma Yehudit (Yəhudi Gücü) partiyasından koalisiya hökumətində yer alan İsrailin ifrat sağçı İrs naziri Amihai Eliyahu qatıldığı radio proqramında açıqlama verib.

Eliyahu bildirib ki, İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağı tam şəkildə işğal edilməlidir.

Seymur Bənnayev

Sitat.info