Dövlət Televiziyası İsrail Ordusunun Qəzza planını açıqladı: Terror törədəcəklər!

Dövlət Televiziyası İsrail Ordusunun Qəzza planını açıqladı: Terror törədəcəklər!
Dünya 11 Dekabr 2023 18:25

Bildirilib ki, İsrail ordusu Qəzza zolağında hücumlarını dayandırdıqdan sonra bölgədə işğal altındakı İordan çayının qərb sahilindəki kimi “basqınlar” həyata keçirəcək yeni struktur yaratmağı nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, İsrailin dövlət televiziyası KAN-ın verdiyi xəbərdə İsrail ordusunun "Oktyabrın 7-dən bəri Qəzza zolağında həyata keçirilən şiddətli hücumlar tamamlandıqdan sonra önümüzdəki aylara hazırlaşdığı" bildirilib.

İsrail ordusunun önümüzdəki dövrdə Qəzzada vaxtaşırı basqın və hücumlar həyata keçirəcəyi və bu hücumları diviziya və ya əlavə briqada daxilində idarə edəcək bir struktur qurmağı hədəflədiyi qeyd edilib.

Kənan

Sitat.info