Dünya Müsəlman Alimlər İttifaqından Qəzza üçün qlobal tətil çağırışı

Dünya Müsəlman Alimlər İttifaqından Qəzza üçün qlobal tətil çağırışı
Dünya 11 Dekabr 2023 09:14

Dünya Müsəlman Alimlər Birliyi bütün dünyanı İsrailin blokadada olan Qəzza zolağına hücumlarını dayandırmaq üçün qlobal tətilə çağırıb.

Sitat.info xəbər verir ki, Dünya Müsəlman Alimlər Birliyi bu gün başlayacaq qlobal tətillə bağlı yazılı açıqlama verib.

Birlik, bəyanatda islam dünyası başda olmaqla bütün dünya xalqlarını 11 dekabrda tətilə  başlamağa çağırıb: "Ümid edirik ki, ədalətsiz müharibəni dayandıracaq və günahsız insanların xilasını təmin edəcək”.

Kənan

​​​​​​​Sitat.info