Yaponiya rusiyalı diplomatları ölkədən çıxarır

Yaponiya rusiyalı diplomatları ölkədən çıxarır
Dünya 08 Aprel 2022 12:20

Yaponiya diplomatlar da daxil olmaqla Rusiyanın 8 vətəndaşını ölkədən xaric edir.

Apa "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yaponiya XİN-dəki mənbə bildirib ki, Moskva da cavab addımı ataraq yaponiyalı diplomatları Rusiyadan çıxaracaq.