İmişlidə qanunsuz tikililər söküldü - Video

İmişlidə qanunsuz tikililər söküldü - Video
Gündəm 08 Dekabr 2023 12:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişlidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.

Sitat.info xəbər verir ki, İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb.