Almaniyada xaos: 10 min çamadan sahiblərinə çatdırıla bilmədi

Almaniyada xaos: 10 min çamadan sahiblərinə çatdırıla bilmədi
Dünya 07 Dekabr 2023 22:15

Güclü qar Almaniyada həyatı iflic edib. Münhen hava limanında yüzlərlə reys təxirə salınıb və 10 min çamadan sahiblərinə çatdırıla bilməyib.

Sitat.info xəbər verir ki, Almaniyada ötən həftə yağan güclü qar həyata mənfi təsir göstərib. Qəfil yağan qar nəticəsində bir çox şəhərlər ağ örtüyə örtülüb. Təyyarə və qatarların hərəkətində fasilələr olub, bəzi bölgələrdə məktəblər bağlanıb. Ölkənin cənubundakı Bavariya əyalətinin paytaxtı Münhendə qarın qalınlığı 40 santimetrə çatıb və 770 aviareys təxirə salınıb.

Kənan

Sitat.info