Türk Qızıl Aypara Cəmiyyətindən Somaliyə 2 min qida paketi

Türk Qızıl Aypara Cəmiyyətindən Somaliyə 2 min qida paketi
Dünya 04 Dekabr 2023 23:36

Türk Qızıl Ayparası daşqından zərər çəkənlər üçün Somali Fəlakət İdarəetmə Agentliyinə (SODMA) 2 min ərzaq paketi çatdırıb.

Sitat.info xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında SODMA-nın vitse-prezidenti Əhməd Abdi Adan, daşqından zərər çəkmiş insanlara yardım işlərində iştirak edən Türk Qızıl Aypara Cəmiyyətindən 2 min qida paketi olan yardım göndərişini aldıqlarını söyləyib.

Adan Türk Qızıl Aypara Cəmiyyətinə və bütün Türkiyəyə təşəkkür edərək, yardımı ehtiyacı olanlara çatdıracaqlarını bildirib.

Kənan

Sitat.info