Qəzza əhalisinin 80 faizindən çoxu didərgin düşüb
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin Qəzzaya hücumları nəticəsində əhalinin 80 faizindən çoxuna bərabər olan təqribən 1,9 milyon insanın didərgin düşdüyünü açıqlayıb.
Sitat.info xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardımnİdarəsi tərəfindən edilən açıqlamada, İsrailin Fələstinlilərə qarşı hücumları nəticəsində Qəzza əhalisinin 80 faizindən çoxuna bərabər olan 1,9 milyon insanın evindən didərgin düşdüyü bildirilib.
Açıqlamada oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində Qaçqınlar İdarəsinin 111 əməkdaşının həyatını itirdiyi, dekabrın 2-dən etibarən isə 1,2 milyon köçkünün Qaçqınlar İdarəsinin 156 mərkəzində sığındığına diqqət çəkilib.
Kənan
Sitat.info