Ruslar ərazini minalayıb, amma xəritə yoxdur - Ekspert

Ruslar ərazini minalayıb, amma xəritə yoxdur - Ekspert
Dünya 01 Dekabr 2023 09:00

Ruslar qorxusundan Ukraynanın geniş ərazilərini minalayırlar və bu mina sahələrinin xəritələri sadəcə olaraq mövcud deyil, bu da onlar üçün problemə çevrilir.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin hərbi eksperti, ehtiyatda olan polkovnik Roman Svitan deyib.

Ekspert qeyd edib ki, geri çəkilən bölük irəliləyən hərbi birliyə mina sahələrinin xəritəsini vermədiyi üçün böyük problem yaranır:

"Xəritə, sadəcə olaraq, mövcud deyil. Siz yalnız cığır boyunca necə gedəcəyinizi göstərə bilərsiniz".