Qəzza daha 2 israilli girovu Qırmızı Xaça təhvil verib

Qəzza daha 2 israilli girovu Qırmızı Xaça təhvil verib
Dünya 30 Noyabr 2023 20:29

Həmas blokadada olan Qəzza zolağında olan 2 israilli məhbusu ölkələrinə qaytarılmaq üçün Beynəlxalq Qızıl Xaç Cəmiyyəti rəsmilərinə təhvil verib.

Sitat.info xəbər verir ki, İsrail ordusundan verilən açıqlamada Qırmızı Xaç Cəmiyyətinin Qəzzada 2 israilli əsiri qəbul etdiyini və İsrailə çatdırdığı bildirilib.

Qeyd edilib ki, sözügedən iki əsir İsrail ərazisinə çatıb və ölkənin cənubundakı Hatzerim Hərbi Bazasına yollanıb.

Kənan

Sitat.info