NATO: Rusiya Ukraynada 300 mindən çox əsgər itirib
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Rusiya Ukraynadakı müharibədə yüzlərlə təyyarə, minlərlə tank, eləcə də 300 mindən çox əsgər itirib.
Ukraynanın suveren dövlət olaraq mövcudluğunu davam etdirdiyini və bunun ən mühüm nailiyyət olduğunu vurğulayan Stoltenberq, Rusiyanın müharibələrdə böyük itkilər verdiyini və iqtisadi cəhətdən zəiflədiyini bildirib.
Stoltenberq Rusiyanın siyasi baxımdan təkcə Ukraynada deyil, yaxın ətrafı Qafqazda və Orta Asiyada da təsirini itirdiyini bildirib: "Hər keçən il bu baxımdan Rusiya silahlı qüvvələrinin əhəmiyyətli hissəsini itirdi. Yüzlərlə təyyarə, minlərlə tank və 300 mindən çox əsgər itkisi".
O, Rusiyanın iqtisadi təzyiq altında olduğunu, neft və qaz gəlirlərinin azaldığını, 1000-dən çox xarici şirkətin ölkədəki fəaliyyətini dayandırdığını və ya miqyasını azaltdığını, keçən il 1,3 milyon insanın Rusiyanı tərk etdiyini deyib: "Bunlar Putinin günahıdır. O, Ukraynanı işğal etməklə strateji səhvə yol verdi".
Ayna,
Sitat.info