Maskla israilli nazir arasında razılaşma əldə edildi

Maskla israilli nazir arasında razılaşma əldə edildi
Dünya 27 Noyabr 2023 17:45

İsrailin icazəsi olmadan Qəzzaya “Starlink” vasitəsilə internet verilməyəcək.

Sitat.info xəbər verir ki, bununla bağlı İsrailin rabitə naziri Şlomo Karhi ilə bu ölkədə səfərdə olan amerikalı milyarder İlon Mask arasında razılaşma əldə olunub.

“Rabitə Nazirliyinin icazəsi olmadan “Starlink” peyk internet sistemi İsraildə işlədilə bilməz. Qəzza zolağı da bura daxildir”, - Karhi X səhifəsində bildirib.