Rusiya ilk gündən buna çağırış edirdi - Zaxarova

Rusiya ilk gündən buna çağırış edirdi - Zaxarova
Dünya 22 Noyabr 2023 09:35

Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Moskva İsrail və HƏMAS arasında 4 günlük humanitar fasilə barədə razılaşmanı alqışlayır. Münaqişənin eskalasiyası başlayandan bəri Rusiya məhz buna çağırış edirdi. Qətərin beynəlxalq ictimaiyyətin gərginliyin azaldılması çağırışının praktiki həyata keçirilməsinə yönəlmiş xüsusi səylərini alqışlayırıq”, - o bildirib.