Şifa Xəstəxanasında sağlamlıq xidmətləri tamamilə dayandırıldı

Şifa Xəstəxanasında sağlamlıq xidmətləri tamamilə dayandırıldı
Dünya 15 Noyabr 2023 21:43

İsrail ordusunun basqın etdiyi Şifa xəstəxanasında səhiyyə xidmətləri tamamilə dayandırılıb.

Sitat.info xəbər verir ki, Şifa xəstəxanasından təhlükəsizlik səbəbiylə adının açıqlanmasını istəməyən mənbənin AA-ya verdiyi məlumata görə, İsrail ordusu Şifa xəstəxanasına sığınan fələstinliləri saxlayıb.

İsrailin xəstəxananı mühasirəyə alması və fəaliyyətinə maneə olması səbəbi ilə xəstəxanada bütün işlər məcburi şəkildə dayandırılıb. 

Seymur Bənnayev

Sitat.info