630-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

630-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Dünya 15 Noyabr 2023 20:45

Rusiya müharibənin 630-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 535 təyyarəsi, 254 helikopteri, 8934 PUA-sı, 441 zenit-raket kompleksi, 13 396 tank və digər zirehli texnikası, 1184 reaktiv yaylım atəş sistemi, 7105 artilleriya və minaatanı, 15 273 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.