İsrail ordusu Qəzzada hökumət binalarını nəzarətə götürüb
İsrail ordusu Qəzzada bir sıra hökumət binalarını nəzarətə götürdüyünü açıqlayıb.
Məlumata görə, İsrail əsgərləri hərbçilərin “Həmas parlament və hökumət binası, qubernatorun iqamətgahı və yaşayış kompleksi” adlandırdığı əraziyə daxil ola biliblər.
"Bu binalar HƏMAS-ın qərargahı, dindirmə və təcridxana kimi istifadə olunub. Bu postlardan bəziləri HƏMAS tərəfindən 7 oktyabrda İsrailə hücuma hazırlıq məqsədilə təlimlər üçün istifadə edilib", - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məğrur,
Sitat.info