İsrail qüvvələri 50 fələstinlini həbs edib

İsrail qüvvələri 50 fələstinlini həbs edib
Dünya 13 Noyabr 2023 14:13

Fələstinli Məhbuslar Dərnəyindən verilən yazılı açıqlamada İsrail qüvvələrinin İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı nəzarət əməliyyatlarını davam etdirdiyi bildirilib.

Sitat.info xəbər verir ki, Açıqlamada bu əməliyyatlarda 50 fələstinlinin nəzarətə alındığı, saxlanılanların Hebron, Qüds, Ramallah, Yerixo, Nablus və Cenin şəhərlərindən olduğu bildirilib.

Açıqlamada oktyabrın 7-dən bu yana İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 2520 nəfərə yüksəldiyi qeyd edilib.

Seymur Bənnayev

Sitat.info