İsrail ordusu iki fələstinli evini partlayıcılarla dağıdıb

İsrail ordusu iki fələstinli evini partlayıcılarla dağıdıb
Dünya 10 Noyabr 2023 11:59

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində iki fələstinli məhbusun evini partlayıcılarla yaşayış üçün yararsız hala salıb.

Sitat.info xəbər verir ki, İsrail ordusu səhər tezdən çoxlu sayda əsgərlə İordan çayının qərb sahilindəki Hebron şəhərinin Dura qəsəbəsinə basqın edərək bəzi evləri mühasirəyə alıb.

İsrail qüvvələrinin texniki qrupu Duradakı fələstinli məhbuslar Məhəmməd əl-Şantir və Sakr əl-Şantirin evlərinə də partlayıcı yerləşdirib.

Seymur Bənnayev

Sitat.info