Rusiya Ukraynada qoşunlarını GERİ ÇƏKDİ - Peskov açıqlama verdi

Rusiya Ukraynada qoşunlarını GERİ ÇƏKDİ - Peskov açıqlama verdi
Dünya 06 Aprel 2022 17:28

Rusiya qoşunlarını Ukraynanın şimalından geri çəkməklə Moskva ilə Kiyev arasındakı danışıqlara müsbət zəmin yaranması üçün xoşniyyətli addım atıb.

SİTAT.İNFO Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa mətbuatına müsahibəsində deyib.

"Biz danışıqlara müsbət zəmin yaratmaq üçün xoş niyyət qismində bu addımı atdıq. Biz danışıqların gedişində ciddi qərarlar qəbul edə bilərik, ona görə də prezident Vladimir Putin qoşunların regiondan çıxarılması ilə bağlı göstəriş verdi", - deyə D.Peskov bildirib.