Paşinyanın daha bir siyasi rəqibi saxlanıldı

Paşinyanın daha bir siyasi rəqibi saxlanıldı
Dünya 07 Noyabr 2023 11:50

Ermənistanda keçmiş deputat Araqats Axoyan saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Kamk” müxalifət qrupunun üzvü Vaaqn Çaxalyan məlumat yayıb.

“Biz bir neçə siyasi məhbusun azadlığa buraxılmasına sevindiyimiz bir vaxtda rejim yenilərini həbs etməyə başladı. Bu, demokratiyanın qalasıdır. Hörmətli Axoyan, dözümlü olun”, - Çaxalyan bildirib.

Məlumata görə, Axoyan sosial şəbəkədə zorakılığa çağıran yazı dərc etdiyi üçün saxlanılıb.