Kohen: Ayıb olsun sənə, Quterreş!

Kohen: Ayıb olsun sənə, Quterreş!
Dünya 07 Noyabr 2023 11:35

İsrailin xarici işlər naziri Eli Kohen BMT Baş katibi Antonio Quterreşin Qəzza zolağının uşaqlar üçün qəbiristanlığa çevrilməsi ilə bağlı sözlərini tənqid edib.

Sitat.info xəbər verir ki, Kohen bu barədə X sosial şəbəkə hesabında yazıb.

O, Quterreşə HƏMAS tərəfindən girov götürülən israilliləri xatırladıb:

“Ayıb olsun sənə, Antonio Quterreş! Qəzza zolağında 30-dan çox azyaşlı, o cümlədən 9 aylıq körpə və uşaqlar öz iradəsi əleyhinə saxlanılır”.

Kohen vurğulayıb ki, anklavdakı vəziyyətin günahkarı bu terror təşkilatını məhv etməyə çalışan İsrail hərbçiləri deyil, HƏMAS-dır.

//Axar.az