İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək

İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək
Gündəm 03 Noyabr 2023 18:15

İngiltərə Premyer Liqasında tarixi hadisə baş verəcək.

Sitat.info-nun yerli mətbuata istinadən məlumatına görə, ilk dəfə bir oyunda qadın hakim fəaliyyət göstərəcək.

Belə ki, Rebekka Uelç XI turun “Fulhem” – “Mançester Yunayted” matçına təyinat alıb. 39 yaşlı FIFA referisi həmin qarşılaşmanın dördüncü hakimi olacaq.

Qeyd edək ki, “Fulhem” – “Mançester Yunayted” matçı noyabrın 4-də keçiriləcək.