Qəzzada ölənlərin sayı 9 mini ötdü

Qəzzada ölənlərin sayı 9 mini ötdü
Dünya 02 Noyabr 2023 16:04

Oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi nəticəsində Qəzzada ölənlərin sayı 9061 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə Qəzzadakı Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qəzzada münaqişə başlayandan bəri qurbanların ümumi sayı 9061 nəfərə çatıb. Onlardan 3760-ı uşaq, 2326-sı isə qadındır”, - məlumatda qeyd olunub.