Türkiyənin məşhur restoranı Rusiya bazarına girir

Türkiyənin məşhur restoranı Rusiya bazarına girir
Dünya 02 Noyabr 2023 11:15

Türkiyənin məşhur “Big Chefs” restoranlar şəbəkəsi 2024-cü ildə Rusiya bazarına çıxmağı planlaşdırır.

Sitat.info xəbər verir ki, bu barədə Ticarət Mərkəzləri Birliyinin rəsmisi Nataliya Kermedçiyeva məlumat verib.

“Big Chefs” dünyada kifayət qədər tanınmış şəbəkədir, artıq MDB-də var, lakin hələ Rusiya bazarına daxil olmayıb. Onların hazırda 130-a yaxın restoranı var. Düşünürəm ki, 2024-cü ildə Rusiyada 10-a qədər restoran aça bilərlər”, - Kermedçiyeva deyib.