İrana keçməyə çalışan 40 509 əfqanıstanlı miqrant həbs edilib

İrana keçməyə çalışan 40 509 əfqanıstanlı miqrant həbs edilib
Dünya 28 Oktyabr 2023 16:00

İranın Pakistan və Əfqanıstanla sərhədlərində 40 509 qeyri-qanuni əfqanıstanlı miqrant həbs edilib.

Sitat.info İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətinin sərhəd-mühafizə polisi komandiri Reza Şojaei açıqlama verib.

Onun sözlərinə görə, əcnəbi vətəndaşlar ortaq sərhədlər vasitəsilə qeyri-qanuni yollarla İrana daxil olmağa cəhd ediblər.

R.Şocai sərhəd təhlükəsizliyinin qorunmasının onun sərhəd mühafizə qüvvələri üçün əsas prioritet olduğunu vurğulayıb.