İsrail ordusu itkilərinin sayını yenilədi

İsrail ordusu itkilərinin sayını yenilədi
Dünya 28 Oktyabr 2023 15:30

7 oktyabrda - HƏMAS-ın Qəzza zolağından İsrailə hücumu ilə başlayan müharibədə İsrail ordusunun verdiyi itkilər yenilənib.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Bildirilib ki, ordunun 311 əsgəri həlak olub.

Eyni zamanda vurğulanıb ki, oktyabrın 28-də gecə saatlarında keçirilən əməliyyat nəticəsində İsrail Müdafiə Ordusunun 2 hərbçisi həyatını itirib.