ABŞ-da 40 yaşlı kişi 22 nəfəri öldürdü

ABŞ-da 40 yaşlı kişi 22 nəfəri öldürdü
Dünya 26 Oktyabr 2023 10:00

ABŞ-ın Men ştatının Lyuiston şəhərində atışma baş verib.

Sitat.info xəbər verir ki, bu barədə “Deyli Meyl” məlumat yayıb.

Hadisəni törətməkdə şübhəli bilinən 40 yaşlı Robert Kard restoran, mağaza və əyləncə mərkəzində insanlara atəş açıb. Atışma zamanı 22 nəfər ölüb, 60-ı yaralanıb.

Polis şübhəli şəxsin axtarışlarını davam etdirir./Axar.az