Baydendən İsrailə: Biz səhv etdik, siz etməyin...

Baydendən İsrailə: Biz səhv etdik, siz etməyin...
Dünya 18 Oktyabr 2023 20:00

HƏMAS 1400-ə yaxın israillini qətlə yetirib. Onlara cavab verərkən səhvlərə yol verməyin.

Sitat.info xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

Bayden İsrailə ABŞ-da 11 sentyabr hadisəsindən sonra bir çox amerikalının baş verənlərdən qəzəbləndiyi vaxt etdiyi səhvləri təkrar etməmək barədə xəbərdarlıq edib.

O etiraf edib ki, ABŞ vaxtilə ədalətə nail olmaq istəyərkən səhvlərə yol verib.