Xaçatryan işgəncə verdiyi ilə üz-üzə: Tanıdın məni? - Video

Xaçatryan işgəncə verdiyi ilə üz-üzə: Tanıdın məni? - Video
Gündəm 13 Oktyabr 2023 13:00

qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsi keçirilib.

Sitat.info xəbər verir ki, məhkəmə iclası zamanı Xaçatryan işgəncə verdiyi azərbaycanlılardan biri - I qrup Qarabağ əlili Mail Məmmədovla üzləşib.

M.Məmmədov Xaçatryana, “Vaqif, ay Vaqif, tanıdın məni? Evə “limonka” (əl qumbarası – red.) atdın, sonra qaçdın dalımca” deyə xatırladıb.