Ərdoğan Şoltsla İsrail-Fələstin konfliktini müzakirə etdi

Ərdoğan Şoltsla İsrail-Fələstin konfliktini müzakirə etdi
Dünya 12 Oktyabr 2023 19:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Tərəflər İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.

Ərdoğan Türkiyənin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini, vasitəçilik də daxil olmaqla bir sıra addımlar atmağa hazır olduğunu bildirib. O, bu məsələnin kökündən həllini tapması üçün Fələstinə vəd edilən sözləin yerinə yetirilməsinin və Şərqi Qüds paytaxt olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasının vacibliyini qeyd edib. 

Seymur,

Sitat.info