İran yenə narahatdır: İsrailin Qafqazda mövcudluğu...

İran yenə narahatdır: İsrailin Qafqazda mövcudluğu...
Dünya 09 Oktyabr 2023 17:29

İsrailin Qafqaz regionunda mövcudluğu təhlükəsizliyə töhfə vermir.

Sitat.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani deyib.

“Sionist rejim islam ölkələrində qeyri-sabitlik yaratmaqda öz maraqlarını güdür. Bu bizim ikitərəfli və çoxtərəfli görüşlərdə, xüsusən də rejimin qeyri-sabit vəziyyətinə əhəmiyyət vermədən, təəssüf ki, İsraillə münasibətləri yaxşılaşdırmağa çalışan ölkələrlə ifadə etdiyimiz aydın mövqedir”, - Kənai bildirib.