Sudan Ankaradakı terror aktını pisləyib

Sudan Ankaradakı terror aktını pisləyib
Gündəm 03 Oktyabr 2023 20:30

Sudan Xarici İşlər Nazirliyi terror təşkilatı PKK-nın Ankarada törətdiyi terror aktını pisləyib.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada “mənfur terror aktı ən sərt şəkildə lənətləndi” ifadəsi ilə yanaşı Türkiyə ilə həmrəylik mesajı yer alıb.

Bəyanatda: "Türkiyənin terror təhlükəsinə qarşı atdığı bütün qanuni addımları anlayırıq. Beynəlxalq ictimaiyyəti terror qrupları təhlükəsinə qarşı daha çox əməkdaşlıq və koordinasiyaya çağırırıq", - deyə qeyd olunur. 

Seymur Bənnayev

Sitat.info