Ukrayna ordusu bu ərazilərdən rusları çıxardır

Ukrayna ordusu bu ərazilərdən rusları çıxardır
Dünya 27 Sentyabr 2023 19:45

Ukrayna hərbçiləri Baxmutun cənubunda əməliyyatı davam etdirir. Xüsusilə, ordu Baxmut-Qorlovka magistralını nəzarətdə saxlayır və hərəkət edən Rusiya texnikalarını sıradan çıxarır.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin şərq qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində ukraynalı hərbçilər Kleşçievka, Odradovka və Şum yaxınlığında uğurlar əldə ediblər. Orada Ukrayna Silahlı Qüvvələri hücumu davam etdirir və rusları işğal etdikləri ərazilərdən sıxışdırıb çıxarır.