Öldüyü iddia edilən rus komandir Sokolov iclasda görüntülənib
Ukraynanın öldüyünü iddia etdiyi Rusiya Qara Dəniz Donanması Komandanı Viktor Sokolov Rusiya Müdafiə naziri Şoyqunun qatıldığı toplantıda görüntülənib.
Sitat.info xəbər verir ki, sentyabrın 22-də Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının Sevastopoldakı qərargahını vurması nəticəsində Sokolovun öldüyü iddia edilib.
Rusiya komandiri müdafiə naziri Şoyqunun iştirak etdiyi toplantıda görüntülənib.
Seymur Bənnayev
Sitat.info