Ukrayna hərbi əməliyyatlara aylıq 10 milyard dollar xərcləyib

Ukrayna hərbi əməliyyatlara aylıq 10 milyard dollar xərcləyib
Dünya 02 Aprel 2022 21:00

Ukraynanın döyüş əməliyyatlarına xərcləri ayda təxminən 10 milyard dollar təşkil edirdi.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Qeyd edək ki, bu gün Volodimir Zelenskinin sədrliyi ilə iqtisadi inkişafla bağlı iclas keçirilib. Nazirlər Kabinetinin nümayəndələri ilə keçirilən görüşdə xərclərin maliyyələşdirilməsi mənbələri, vergi gəlirləri və Ukraynanın beynəlxalq tərəfdaşlarının köməyi müzakirə edilib.

İclasda Ukrayna iqtisadiyyatının yaxın gələcəkdə inkişafı ilə bağlı proqnozlar nəzərdən keçirilib.