İsrail qüvvələrinin atəşi nəticəsində yaralanan fələstinlilərin sayı 6-ya yüksəlib

İsrail qüvvələrinin atəşi nəticəsində yaralanan fələstinlilərin sayı 6-ya yüksəlib
Dünya 25 Sentyabr 2023 20:33

İsrail qüvvələrinin blokada altında olan Qəzza zolağının sərhəd bölgəsində etiraz aksiyası keçirən fələstinlilərə atəş açması nəticəsində yaralananların sayı 6-ya çatıb.

Sitat.info xəbər verir ki, Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail güllələrindən yaralananların sayının 3-dən 6-ya yüksəldiyi bildirilib.

Açıqlamada yaralıların vəziyyəti ilə bağlı məlumat verilməyib.

Kənan Bənnayev

Sitat.info