ABŞ “Abrams”ları vaxtından əvvəl göndərdi

ABŞ “Abrams”ları vaxtından əvvəl göndərdi
Dünya 25 Sentyabr 2023 16:33

ABŞ-ın “Abrams” tanklarının ilk partiyası vaxtından əvvəl Ukraynaya çatdırılıb.

Sitat.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” amerikalı məmurlara istinadla məlumat verib.

Məlumata görə, tanklar Ukraynaya vaxtından 1 ay əvvəl çatdırılıb və əks-hücum əməliyyatlarında istifadə olunacaq.

Tankların növbəti partiyasının isə yaxın aylarda göndəriləcəyi bildirilib.