Rusiya Britaniyanı HƏDƏLƏDİ: “Qanuni hədəfə çevriləcək, vuracağıq”

Rusiya Britaniyanı HƏDƏLƏDİ: “Qanuni hədəfə çevriləcək, vuracağıq”
Dünya 02 Aprel 2022 16:20

“Britaniyanın uzaqmənzilli artilleriya və gəmi əleyhinə sistemləri Ukrayna ərazisinə daxil olarsa, Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək”.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

Onun sözlərinə görə, istənilən silah tədarükü sabitliyi pozur:

“Vəziyyəti gərginləşdirir, daha çox qan axmasına yol açırlar. Görünür, bunlar yeni, kifayət qədər yüksək dəqiqliyə malik silahlardır. Təbii ki, Ukrayna sərhəddini keçsələr, Silahlı Qüvvələrimiz üçün qanuni hədəf olacaqlar”.