Rusiyanın donanma qərargahı raket atəşinə tutuldu

Rusiyanın donanma qərargahı raket atəşinə tutuldu
Dünya 22 Sentyabr 2023 16:11

Rusiyanın Qara dəniz Donanmasının Sevastopoldakı qərargahı raket atəşinə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib.

“Donanma qərargahına düşmən raket zərbəsi endirib. Lunaçarski teatrının yanna raket qalıqları düşüb”, - Razvojayev bildirib.

Bütün operativ xidmət orqanları hadisə yerinə yollanıb. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir.