Ukrayna AB-dən 1,5 milyard avro yardım aldı

Ukrayna AB-dən 1,5 milyard avro yardım aldı
Dünya 22 Sentyabr 2023 15:12

Ukrayna AB-dən 1,5 milyard avro məbləğində makromaliyyə yardımının səkkizinci tranşını alıb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna baş nazir Denis Şmıqal məlumat verib.

Məlumata görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra AB-nin Ukraynaya ümumi dəstəyi təxminən 70 milyard avroya çatıb.