Gürcüstan XİN müsəlman icmasını təbrik edib

Gürcüstan XİN müsəlman icmasını təbrik edib
Dünya 02 Aprel 2022 12:55

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) ölkənin və dünyanın müsəlman icmalarını müqəddəs Ramazan ayının başlaması münasibətilə təbrik edib.

SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, təbrik sözləri XİN-in tviter hesabında yerləşdirilib.

“Qoy bu xüsusi dövr sizə və ailələrinizə xoşbəxtlik, əmin-amanlıq və tərəqqi gətirsin. Ramazan ayınız mübarək”, - təbrikdə deyilir.