ABŞ-ın "Abrams" tankları tezliklə Ukraynada istifadə olunacaq

ABŞ-ın \"Abrams\" tankları tezliklə Ukraynada istifadə olunacaq
Dünya 19 Sentyabr 2023 19:31

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ-ın "Abrams" tanklarının tezliklə Rusiyaya qarşı döyüşən Ukrayna ordusu tərəfindən istifadə ediləcəyini açıqlayıb.

Sitat.info xəbər verir ki, ABŞ-ın müdafiə naziri Ostin Almaniyanın Ramşteyn bazasında keçirilən 15-ci Ukrayna Müdafiə Əlaqə Qrupu toplantısından əvvəl çıxış edib.

“Mən məmnuniyyətlə elan edirəm ki, ABŞ-ın əvvəllər öhdəlik götürdüyü "M1 Abrams" tankları tezliklə Ukraynaya daxil olacaq”, - Ostin bildirib. 

Seymur Bənnayev

Sitat.info