Türkiyədə helikopter qəzası - 3 nəfər öldü

Türkiyədə helikopter qəzası - 3 nəfər öldü
Dünya 18 Sentyabr 2023 15:12

Türkiyənin İzmir bölgəsində helikopter qəzası nəticəsində itkin düşən 3 heyət üzvünün nəşi tapılıb.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Qeyd edək ki, dünən İzmirin Menderes rayonundakı yanğına müdaxilə edən helikopterlərdən biri anbardan su götürərkən qəzaya uğramışdı. 4 heyət üzvlərindən biri xilas edilsə də, 3 nəfərin axtarışları aparılırdı.