Ukraynadakı sülhdən uduzan olmayacaq – Ərdoğan

Ukraynadakı sülhdən uduzan olmayacaq – Ərdoğan
Dünya 18 Sentyabr 2023 11:41

Ukraynadakı münaqişənin sülh yolu ilə həllindən uduzanlar olmayacaq.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Amerika Milli Rəhbər Komitəsinin Nyu Yorkda təşkil etdiyi şam yeməyində deyib.

Ərdoğan Türkiyənin regional və qlobal böhranların həllində artan rolunu vurğulayaraq, ölkənin diplomatik nailiyyətlərindən danışıb:

“Biz müharibədə qalibin, sülhdə isə uduzanın olmadığına inanaraq çoxşaxəli səylərimizi davam etdiririk”.