G7 Rusiya almazına da sanksiya tətbiq edir

G7 Rusiya almazına da sanksiya tətbiq edir
Dünya 15 Sentyabr 2023 15:11

G7 ölkələrinin qarşıdakı iki-üç həftə ərzində Rusiya almazlarına qadağa qoyacağını elan edəcəyi gözlənilir.

Sitat.info xəbər verir ki, bu barədə “Skay Nyus” Belçika hökumətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, G7 liderləri ABŞ-ın Rusiyanın dünyanın ən böyük almaz istehsalçılarından biri olan “Alros”şirkətinə qarşı mövcud sanksiyaların genişləndirilməsini müzakirə ediblər.

Qadağanın yanvar ayından qüvvəyə minəcəyi gözlənilir.