Putinlə Lukaşenko arasında görüş başladı

Putinlə Lukaşenko arasında görüş başladı
Dünya 15 Sentyabr 2023 13:37

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında görüş başlayıb.

Sitat.info xəbər verir ki, məlumatı Rusiya Teleqram kanalları yayıb.

Qeyd edək ki, Lukaşenko Putinlə danışıqlar üçün sentyabrın 14-ü Rusiyaya səfər edib.

Xatırladaq ki, prezidentlər cari ildə artıq 7-ci dəfədir görüşürlər.